Vahid Qazinin tərcümeyi-halı və əsərlərindən

Tanışlıq üçün deyim ki, 1968-ci ilin Novruz sabahı cənnətməkan Qarabağın Ağdam şəhərində doğulmuşam. İbtidai təhsilimi onun 1 saylı məktəbində almışam. Sonra Bakı Dövlət Universitetində jurnalistlik oxumuşam.

Jurnalistliyə “Ədalət” qəzetində müxbirliklə başladım, “Azərbaycan” qəzetində davam etdim. Elçibəy hakimiyyətində Prezident Administrasiyasında işlədim. Dövlət çevrilişindən sonra 2 il Müsavat Partiyasının mətbuat xidmətində çalışdım. 1995-ci ildən 2012-ci ilədək “İnam” Plüralizm Mərkəzinə rəhbərlik elədim.

Neçə-neçə ölkədə keçirilən konfranslarda iştirakçı oldum, demokratiya problemləri mövzusunda məruzələr dinlədim, çıxışlar etdim. Azərbaycanın şəhər və kəndlərində vətəndaş cəmiyyətinin gəlişməsi üçün minlərlə insanı əhatə edən layihələrdə təşkilatçı oldum.

Kuba, Özbəkistan, Belarus kimi azadlıqların total boğulduğu ölkələrdə ictimai-siyasi fəallar, dissidenrlər üçün beynəlxalq yardim proqramlarinda iştirak etdim.

Azərbaycan, Qırğızıstan, Belarus, Gürcüstan, Ukrayna və başqa ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidə missiyalarının tərkibində təşkilatçılarından, iştirakçılarından oldum.

“III Sektor”, “Svobodnaya volya”, “Toplum” jurnallarına redaktorluq elədim.

“Ruhlar şəhəri”, “Yaddaş ləpirləri: demokratiya yazıları”, “Çamayra. Kuba dəftəri”, “Çöl Qala”,  rusca “Озоновые люди”, “Бейсбол на шахматной доске”, isveçcə “Hyresgäster” (“Çöl Qala” “Kirayəşinlər” adi ilə nəşr olunub) adlı kitabların müəllifiyəm.

İndi İsveçdə yaşayıram.

Vahid Qazinin əsərlərindən