Türk xalqları

Türk xalqları — Etnolinqvistik qrup; Avrasiya ərazisində yaşayan türkdilli xalqlar. Dünyada türk xalqlarının sayı 180 milyondan çoxdur. “Türk” sözünə ilk dəfə Bizans mənbələrində[Mənbə göstərin] və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir. Qədim Çin mənbələri türk tayfalarının b.e.ə II minillikdə mövcudluğu haqqında məlumat verir.

Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaş və qaqauzlar xristian, yakutlar, dolqanlar və xakaslar şamanist, karaim və krımçaklar iudaizm, uyğurların böyük bir hissəsi isə buddizm dininə inanır. Türk xalqlarının hazırda 7 müstəqil dövləti vardır.(Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar,qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (Azərbaycan türkləri) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqaristanda (bolqar türkləri),Ruminiyada (qaqauz- qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (karaimlər) və Rusiyada yaşayırlar.

Müstəqil türk dövlətlərindən başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində Sintzyan-Uyğur Muxtar Rayonu, Moldovanın tərkibində Qaqauziya Muxtar Respublikası vardır.

Yeraltı sərvətlər

Geoloji baxımdan türk xalqları Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz, türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan, Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Asiya mezozoy qırışıqlığı zonasında (Saxa-Yakutiya), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşiya), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir.

Neft-qaz yataqlarına görə Azərbaycan, Özbəkistan (Fərqanə-qaz), Qazaxıstan (Tengiz və Turqay-neft), Türkmənistan, Özbəkistan (Qazlı və Mübarəkqaz), Tatarıstan (Elxon) və Başqırdıstan seçilir.Türk dünyasının əsas daş kömür yataqları Türkiyədə (Zonquldağ-Ereğli), Özbəkistanda (boz kömür-Anqren və Sarqun), Qazaxıstanda (Qaraqanda, Ekibastuz), Tıvada (Ulufim), Sintzyan-Uyğurda (Bay kömür) və Saxadadır (Lena).Dəmir filizi Türkiyədə, Qazaxıstanda (Kustunay), Saxada, Altayda, Azərbaycanda (Daşkəsən) və Xakasiyadadır.

Mis filizi Qazaxıstanda (Balxaş, Cezqazan), sink Qazaxıstan (Ust Kamenqorsk), Özbəkistanda, Azərbaycanda, xrom yataqları isə Türkiyədədir. Polimetal filizləri Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda, Türkiyədə, Altayda, qızıl yataqları Özbəkistanda (Muruntau), Qazaxıstanda, Azərbaycanda,Altayda və Saxadadır. Almaz Saxada çıxarılır.

Türk mədəniyyəti

Dil ümumiliyi, el sənətləri, tarixi–coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Kitabi Dədə Qorqud”, “Koroğlu dastanı”, “Alpamış”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə — Şimali-Şərqi Asiya,Ural dağları və Qərb tərəfə köç etmişlər.

Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.

Türk dilləri

    1. Oğuzlar – Azərbaycan türkləri (türkmanlar, Xorasan türkləri, Qaşqaylar və s. kimi qolları vardır ), Anadolu türkləri, qaqauzlar, türkmənlər, axısqa türkləri, krım tatarları, türkmanlar, Xorasan türkləri və s.
    2. Uyğurlar – özbəklər, həzaralar, salarlar, uyğurlar, tuvalar, şorlar, komasin-tobollar, baraba tatarları, çulumlar və s.
    3. Qıpçaqlar – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar və s.
    4. Bulqarlar – tatarlar, başqırdlar, qaraçaylılar, qaraimlər və s.

Türklərdə din anlayışı

Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini). Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini fəth etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.Bunlardan başqa aşağıdakı xalqları da əlavə edərsək durumun nə yerdə olduğu açıq şəkildə gözlər önünə sərilir.

RF-da,Sibirdə yaşayan və ruslaşmış türklər

Ob (qədim adı Ümer) tatarları(tağabitlər,kalmaklar,şağarlar,oroslar,çaldonlar,kulundinlər,kumuçlar,tuğullar,itiberlər və s)

Tur tatarları(kurlaklar,qumruqlar və s)

Verxoyon tatarları(çuvanlar,anadurlar və s)

RŞF-nın Şərqi Avropa düzənliyində ruslaşmış Türk xalqları(sayanlar,çukanlar,kara muşlar, və s)